RU

“ABŞ Yaxın Şərqdə nəzarəti itirdikcə Çin güclənir” ŞƏRH

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Çin dünya nizamını əvvəlki variantda saxlamaqda, ABŞ isə daha çox dünya nizamının əvvəlki variantını pozmaqda maraqlı görünürlər”

Gununsesi.info bildirir ki, bunu iqtisadçı İsmayıl Qaşqay deyib:

“Hal hazırda ABŞ-nin dünya ticarətində dolların gücündən istifadə etməkdən başqa digər güclü alətləri yoxdur və dollar da öz gücünü əsasən Yaxın Şərqdən alır desək yanılmarıq. Bu nöqteyi nəzərdən ABŞ və İran arasında hansısa bir razılaşmanın olacağı mümkün görünmür, ən azı ona görə ki, Çinin daha böyük super gücə çevrilməsinin qarşısını almaq, eləcədə dünya ticarətində dolların gücünü saxlamaq üçün ABŞ-ın Yaxın Şərq üzərində tam nəzarətə ehtiyacı var, Çin isə bu prosesin qarşısını almaqda maraqlıdır

Məncə ABŞ Yaxın Şərq münaqişəsindən əvvəl Ukrayna problemini həll etməli idi. Çünki Rusiya ilə Avropa arasında münasibətlərin yarana biləcəyi ehtimalları artıb və artıq perspektivdə Ukrayna ilə müharibəyə ehtiyac qalmaya bilər”.

O qeyd edib ki, indi Ukrayna və Yaxın Şərq  münaqişələri nə qədər uzun sürürsə, Amerika bir o qədər zəifləyir və Çin isə əksinə bir o qədər güclənir:

“Əslində, Çin üçün Trampın səsləndirdiyi iki super güc layihəsi çox da maraqlı olmaya bilər, çünki bu halda Çin ABŞ-ın kiçik müttəfiqi kimi görünəcək

Rusiya məsələsinə gəlincə isə iki ölkə birlikdə, Çinin iqtisadi gücü ilə Rusiyanın strateji potensialını birləşdirib ABŞ-ın qeyd-şərtsiz hegemonluğunu şübhə altına ala bilərlər və çox böyük ehtimalla proseslər məhz bu istiqamətdə inkişaf edəcəkdir”.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
33
50
icma.az

10Источники