Milli.az saytına istinadən ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp ölkənin ümumi dəyərinin nə qədər ola biləcəyi ilə bağlı fikirlərini bölüşüb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, bu barədə "Fortune" jurnalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, ABŞ-nin ümumi dəyəri yüzlərlə trilyon dollar təşkil edə bilər.
Jurnalistlər Trampdan daşınmaz əmlak sahəsi üzrə mütəxəssis kimi ABŞ-ni qiymətləndirməyi və hesablamalara təbii sərvətlərlə yanaşı, Böyük Kanyon kimi məşhur abidələri də daxil etməyi xahiş ediblər.
"Bütün bunları birlikdə hesablasaq, söhbət yüzlərlə trilyon dollardan gedə bilər", - deyə Tramp bildirib.
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.