Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiymətində artım qeydə alınıb.
BAKU.WS xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,75 ABŞ dolları və ya 1,5 faiz artaraq 118,16 ABŞ dollarına yüksəlib.
Hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin iyul fyuçersləri 114,9 ABŞ dollarından satılıb.
Türkiyənin Ceyhan limanında FOB bazası üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti isə 1,77 dollar və ya 1,55 faiz artaraq 115,71 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
Xatırladaq ki, "Azeri Light" markalı neftin minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları olub.
Bu neft Azərbaycanda "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi çərçivəsində hasil edilir. Layihədə SOCAR-nin payı 31,65 faiz təşkil edir.