RU

Bloomberg: Rusiya sanksiyaları “kölgə donanması” ilə aşmaqda davam edir...

Moskva ABŞ sanksiyası altındakı LNG layihələrindən Asiyaya mayeləşdirilmiş qaz ixracını genişləndirməyə çalışır...

Rusiya Qərb sanksiyalarını yan keçmək üçün “kölgə donanması” adlandırılan tanker şəbəkəsindən istifadə etməyə davam edir.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Məlumata əsasən, əvvəllər Omandakı mayeləşdirilmiş təbii qaz (LNG) zavoduna xidmət göstərən dörd tanker hazırda ABŞ sanksiyalarına məruz qalan “Arctic LNG 2” layihəsindən yanacaq yükləyir. Bildirilir ki, “Kosmos” adlı tanker artıq Murmansk yaxınlığında yerləşən “Saam” üzən anbarından yük götürərək bölgəni tərk edib.

“Merkuri”, “Orion” və “Luç” tankerələrinin isə yaxın günlərdə yüklənərək yola düşməyə hazırlaşdığı qeyd olunur. Bloomberg-in məlumatına görə, həmin gəmilərin hamısı son dövrdə sahiblərini və bayraqlarını dəyişib. Eyni zamanda, onların idarəçiliyi beynəlxalq bazarda geniş tanınmayan şirkətlərə verilib.

Nəşr yazır ki, ümumilikdə azı 20 tanker Rusiyanın sanksiya tətbiq olunan LNG layihələrindən qaz daşınmasında iştirak edir. Ekspertlər hesab edirlər ki, Moskva bu üsulla enerji ixracını qorumağa və beynəlxalq məhdudiyyətlərin təsirini minimuma endirməyə çalışır.

Məqalədə vurğulanır ki, Rusiya xüsusilə Asiya bazarında artan enerji tələbatından faydalanmağa çalışır. Bu artımın əsas səbəblərindən biri isə Hörmüz boğazı vasitəsilə enerji daşımalarının azalması və regionda yaranmış logistika riskləridir.

Analitiklərin fikrincə, “kölgə donanması” modeli Rusiyaya həm sanksiyalardan yayınmaq, həm də enerji ixracını alternativ marşrutlarla davam etdirmək imkanı yaradır. Bununla yanaşı, Qərb ölkələrinin yaxın aylarda bu fəaliyyətə qarşı nəzarəti daha da sərtləşdirə biləcəyi ehtimal olunur.

Poliqon.info

Избранный
14
poliqon.info

1Источники