RU

Karbon emissiyalarının 34 faizi tikinti sektorunun payına düşür

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.

Mənzil siyasəti kompleks yanaşma əsasında qurulmalıdır.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Qlobal mənzil böhranı: Plan nədir?” adlı panel sessiyada BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bildirib. 

O qeyd edib ki, mənzil siyasəti hüquqi çərçivə, torpaq idarəçiliyi və şəhər planlaşdırılması ilə inteqrasiya edilməlidir. 

“Xüsusilə qeyri-rəsmi yaşayış məntəqələrinin qlobal miqyasda ciddi problem olaraq qalır. Bu gün bir milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır. Şəhərlərin və regionların inkişafı bütöv yanaşma ilə planlaşdırılmalıdır. Mənzil məsələsi sosial, iqtisadi və iqlim məqsədləri ilə əlaqələndirilməlidir”.

O eyni zamanda bildirib ki, mənzil təminatı yalnız yeni binaların tikintisi demək deyil. 

“Şəhərlərdə istifadəsiz və ya yarımçıq qalan binaların aşağı gəlirli əhali üçün yaşayış sahələrinə çevrilməsi imkanları da nəzərdən keçirilməlidir. Qeyri-rəsmi yaşayış məntəqələrinin milyonlarla insan üçün şəhərlərə giriş imkanı yaradıb. Bir çox ölkələrdə bu ərazilərə investisiya qoyuluşu iqtisadi inkişaf strategiyasının bir hissəsinə çevrilib".

BMT rəsmisi həmçinin özünütikmə və icma əsaslı mənzil modellərinin əhəmiyyətindən danışıb:

“Mərhələli və çevik mənzil həlləri gənclərin, yaşlıların, məcburi köçkünlərin, əlilliyi olan şəxslərin və aztəminatlı ailələrin ehtiyaclarını qarşılaya bilər. Bundan əlavə, torpaq idarəçiliyi və mülkiyyət təhlükəsizliyinin də əsas məsələlərdən biridir”.

Onun sözlərinə görə, torpaq mənzil istehsalında ən bahalı resursdur.

“Ona görə də torpağın sosial və ekoloji funksiyası hüquqi çərçivələrdə və şəhər planlarında əksini tapmalıdır. Ənənəvi mənzil maliyyələşdirmə sistemlərinin bütün sosial qrupların ehtiyaclarını qarşılaya bilmir. Buna görə bir sıra ölkələrin alternativ və innovativ maliyyə mexanizmlərinə üstünlük verirlər”.

A.Rossbax çıxışında Keniyanın təcrübəsinə də toxunaraq bildirib ki, ölkə son üç ildə müxtəlif maliyyə modelləri hesabına 270 min mənzil inşa etməyə nail olub:

“Ölkələr hazır modelləri olduğu kimi tətbiq etmir, onları öz reallıqlarına uyğunlaşdırırlar”.

Şəhərsalma ilə iqlim gündəliyinin birlikdə nəzərdən keçirilməsi də vacibdir. Belə ki, hazırda şəhərlərin genişlənməsi əsasən mənzil tikintisi ilə bağlıdır və bu proses karbon emissiyalarına ciddi təsir göstərir”.

O əlavə edib ki, tikinti sektoru qlobal CO2 emissiyalarının təxminən 34 faizini təşkil edir. 

“Şəhər genişlənməsinin qarşısının alınması və ekoloji tikinti materiallarından istifadə vacibdir. Mənzil problemlərinin həlli üçün yerli idarəetmə və icmaların imkanlarının gücləndirilməsi əsas prioritetlərdən biri olmalıdır”, - deyə o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
modern.az

1Источники