RU

Azərbaycan stolüstü tennisçiləri yeni sınaqda

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanın stolüstü tennis üzrə gənclərdən ibarət yığma komandası Özbəkistanda növbəti beynəlxalq yarışa qatılıb.

İdman.Biz xəbər verir ki, Daşkənddə keçirilən “WTT Youth Contender” turnirində bir gümüş və iki bürünc medal qazanan komandamız bu dəfə Andijan şəhərində mübarizə aparacaq. Turnir Özbəkistanın məşhur stolüstü tennisçisi Rafik Şiriyevin xatirəsinə həsr olunub.

Gənclərdən ibarət milli komandaların baş məşqçiləri Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında Yağmur Məmmədli, Yasəmən Həbibova, Mehin Mirzəbalayeva, Banu İmanverdizadə, Səidə Quluzadə, Aylin Şərifli, Gülnur Kərimli, Cəfər Almədədli, Əliəkbər Mirzəliyev və Camal Kərim yarışda bacarığını göstərəcək.

İdmançılar üç yaş qrupunda qüvvələrini sınayacaqlar. Beynəlxalq turnirə 21 mayda yekun vurulacaq.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
5
icma.az

8Источники