RU

UN-Habitat: "WUF13 çərçivəsində mənzil sahəsində 500-dən çox uğurlu təcrübə təqdim olunur"

WUF13 çərçivəsində mənzil sahəsində 500-dən çox uğurlu təcrübə təqdim olunur

“APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Qlobal Mənzil Böhranı – Plan Nədir?” adlı dialoq sessiyasında BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) icraçı direktoru Anaclaudia Rossbach deyib.

Onun sözlərinə görə, mənzil böhranının həlli üçün torpaq idarəçiliyi, maliyyələşmə, qeyri-rəsmi yaşayış məntəqələrinin yenilənməsi, sosial mənzil və iqlimə davamlı yaşayış modelləri üzrə təcrübələrin bir araya gətirilməsi vacibdir.

Anaclaudia Rossbach bildirib ki, WUF13 çərçivəsində fəaliyyət göstərən “Practices Hub” platformasında son bir ildə dünyanın müxtəlif ölkələrindən toplanmış 500-dən çox uğurlu təcrübə təqdim olunur.

UN-Habitat rəhbəri qeyd edib ki, bu təşəbbüs mənzil siyasəti üzrə yaradılan beynəlxalq platformanın əsasını təşkil edir və hökumətlərə, ekspertlərə və digər tərəfdaşlara öz təcrübələrini bölüşmək imkanı yaradır.

Onun sözlərinə görə, bu prosesin nəticələri iyul ayında Yeni Şəhər Gündəliyinin (New Urban Agenda) icrasının növbəti 10 ili üçün yol xəritəsinin müəyyənləşdirilməsinə töhfə verəcək.

"Cebheinfo.az"

Избранный
2
3
cebheinfo.az

4Источники