RU

Pezeşkiyan: "İran geri addım atmayacaq"

Pezeşkiyan:

İran Prezidenti Məsud Pezeşkyan sosial media hesabında paylaşdığı mesajda dialoqun təslim olmaq demək olmadığını vurğuladı və ölkəsinin qanuni hüquqlarından geri çəkilməyəcəyini bildirib.

Xalqcebhesi.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin tələbləri əsasında İrana qarşı planlaşdırılan yeni hücumların təxirə salınması barədə göstəriş verdiyini elan etməsindən sonra Tehran cəbhəsindən diqqətçəkən bəyanat gəlib.

İran Prezidenti Məsud Pezeşkiyan sosial şəbəkə hesabından paylaşdığı mesajda dialoqun təslimiyyət demək olmadığını vurğulayaraq bu ifadələri işlədib:

"İran İslam Respublikası dialoqa şərəflə, güclə və millətin hüquqlarını qoruyaraq daxil olur; heç bir şəkildə xalqın və ölkənin qanuni hüquqlarından geri addım atmır".

İranın milli maraqlarını qətiyyətlə qoruyacaqlarının vurğulayan Pezeşkiyan qeyd edib:

"Məntiq çərçivəsində canımız bahasına olsa belə, bütün gücümüzlə xalqa xidmət edəcəyik və İranın maraqlarının və şərəfinin qoruyucuları olacağıq".

Məryəm Quliyeva

Избранный
16
xalqcebhesi.az

1Источники