RU

Prezidentin xüsusi nümayəndəsi: Biz inanırıq ki, sosial faktor və sosial-iqtisadi məsələlər iqtisadi fəaliyyətin aparıcı qüvvəsidir

Bakı, 19 may, AZƏRTAC

30 il ərzində Azərbaycanın əraziləri dağıdılmışdı və biz sıfırdan başlamalı idik. Biz inanırıq ki, sosial faktor və sosial-iqtisadi məsələlər bir-birilə bağlıdır, həm də bu, iqtisadi fəaliyyətin aparıcı qüvvəsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Mənzilin sosial və iqtisadi gücü. Mənzil hər kəs üçün bərabərlik təmin edərkən rifaha necə təkan verə bilər?” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

V.Hacıyev qeyd edib ki, dayanıqlı inkişafı sosial inklüzivsiz təmin etmək mümkün deyil.

“Müharibədən sonra insanların evlərlə təmin olunması qayıdışın ilk zahiri işarəsi olur. Biz kəndləri, şəhərləri, eyni zamanda, “ağıllı şəhərləri”, kəndləri tikirik. Kəndləri əsas yola yaxın tikirik ki, bu da iqtisadi imkanlar açır. Kəndlərin daxilində təhsil müəssisi, səhiyyə müəssisəsi yerləşdiririk, eyni zamanda, digər xidmətləri təmin edirik. Biz bunu qurduqda iqlimin yaratdığı imkanlardan istifadə edirik. Hökumət iqtisadi dəstək stimulları yaradır və kəndlər ətrafında azad iqtisadi zona mövcuddur”, - deyə Vahid Hacıyev vurğulayıb.

Fotoqraf - Səfiyar Məcnun

Избранный
27
1
azertag.az

10Источники