RU

Abbasın oğlu FƏTH administrasiyasında

Fələstin Prezidenti Mahmud Abbasın oğlu Yasir Abbas uzun müddət sonra keçirilən FƏTH qurultayında partiyanın ən yüksək qərarverici orqanı olan Mərkəzi Komitəyə seçilib.

Publika.az “Al Jazeera”yə istinadən xəbər verir ki, Ramallahda keçirilən və üç gün davam edən qurultayda Yaser Abbas 18 yer uğrunda yarışan namizədlər arasında komitəyə daxil olmağı bacarıb.

Qurultayda həbsdə olan fələstinli lider Mərvan Bərquti isə ən çox səs toplayan namizəd olub.

64 yaşlı Yasir Abbasın vaxtının böyük hissəsini Kanadada keçirdiyi bildirilir. O, təxminən beş il əvvəl atasının “xüsusi nümayəndəsi” təyin edilib və bu vəzifədən sonra Fələstin siyasətində daha fəal görünməyə başlayıb.

Избранный
13
publika.az

1Источники