RU

Şuşada 27 tarixi abidə bərpa olunub



Şuşa azad olunduqdan dərhal sonra orada bərpa-quruculuq işləri başlanılıb və son bir neçə il ərzində çox sürətlə inkişaf edib.

Bu sözləri Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, işğal nəticəsində şəhərlər və infrastruktur dağıdılıb, tarixi-mədəni irs məhv edilib, əhali məcburi köçkünə çevrilərək qırğınlara məruz qalıb, ekoloji tarazlıq pozulub, sosial-iqtisadi həyat iflic vəziyyətinə düşüb, həmçinin tarixi kimliyə və mədəni yaddaşa ciddi ziyan dəyib.

“Şuşada 200-ə yaxın tarixi və mədəniyyət abidəsi mövcuddur və onların əksəriyyəti işğal dövründə dağıdılaraq zərər görüb. Hazırda Tut bağında yerləşən 7 məscid, 6 bulaq, 7 mədəniyyət obyekti, Şuşa qalası, Üzeyir Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin məqbərə kompleksi və Xanlıq Muxtar karvansarası daxil olmaqla ümumilikdə 27 abidə bərpa olunub”,- deyə o diqqətə çatdırıb.

ZÜMRÜD

Избранный
1
3
baki-xeber.com

4Источники