RU

Trampın ABŞ-da məscidə hücumla bağlı ilk açıqlaması

Kaliforniyanın San Dieqo şəhərindəki İslam Mərkəzinə iki silahlı şəxs hücum edib. Hadisə yerinə çoxsaylı polis bölmələri göndərilib, məscid və ətrafı mühasirəyə alınıb.

Turkustan.az xəbər verir ki, polis hadisə ilə bağlı açıqlama da yayıb. ABŞ polisi hücumda ən azı üç nəfərin öldüyünü bildirib. Hücum zamanı kompleksin içərisindəki məsciddə və məktəbdə olan çoxsaylı insanların yaralandığı bildirilib.

ABŞ tədbir gördükcə qanlı hücumla bağlı yeni detallar ortaya çıxıb. Yerli mənbələr bildirib ki, təhlükəsizlik qüvvələri hücum zamanı iki şübhəlini zərərsizləşdirib. Həmçinin kompleksin içərisində yerləşən məktəbin təxliyə edildiyi və bir çox uşağın ərazidən təhlükəsiz şəkildə çıxarıldığı bildirilib. San Dieqodakı ən böyük məscid olan kompleksdə hər hansı bir itki və ya yaralanma ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
ABŞ prezidenti Donald Tramp da hücumu "dəhşətli vəziyyət" adlandırıb.

Aytən Yaşar/ Turkustan.az

Избранный
63
1
turkustan.az

2Источники