RU

Türkiyədə narkotik satmaqda şübhəli bilinən vəkil həbs olundu

İstanbulda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən vəkil həbs olunub.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinə U.G. adlı vəkilin Beyoğlu və Beşiktaş rayonlarda narkotik alveri ilə məşğul olduğu barədə məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında başladılan istintaq nəticəsində İstanbul Vəkillər Kollegiyasının üzvü olan U.G. adlı şəxsin vəkil vəsiqəsindən istifadə etməklə polis yoxlanışdan yayınaraq üzərində narkotik vasitə daşığı məlum olub.

Aparılan araşdırmalardan nəticəsində sözügedən vəkil və onunla əlbir olan şəxs cinayət başında yaxalanıblar.

Şübhəli şəxslərin evlərində aparılan axtarışlar zamanı içərisində narkotik vasitə olan bağlamalar, elektron tərəzi və vakuum aparatı aşkarlanıb.

Həmin şəxslər barəsində həbs qətim kan tədbiri seçilib.

Şəbnəm Mehdizadə

Избранный
358
50
e-huquq.az

10Источники