RU

Növbəti TKT imtahanına qeydiyyat başlandı

İyulun 25-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov, 50. TÜRKPA-nın yanı) TKT (Teaching Knowledge Test) imtahanı təşkil olunacaq.

DİM-dən Moderator.az-a bildirilib ki, imtahana qeydiyyat iyunun 9-dək davam edəcək.

Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının aşağıdakı modulları üzrə imtahan təşkil edir:

TKT Modul 1

TKT Modul 2

TKT Modul 3

TKT Modul YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi)

TKT Modul CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi)

Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric ingilis dili üzrə qiymətləndirmə, Kembric ingilis dili üzrə tədris imtahanlarını təklif edir. DİM tələb əsasında Kembric ingilis dili üzrə səviyyə testi də təşkil edir.

Əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaq mümkündür.

İmtahana gələn namizədlər mütləq şəkildə şəkilli şəxsiyyət vəsiqəsini və Confirmation of Entry (CoE) sənədini özləri ilə gətirməlidirlər. İmtahan otağına yalnız şəxsiyyət vəsiqəsi, su, sadə karandaş (diyircəkli qələmdən istifadəyə icazə verilmir), pozan və karandaşyonan aparılmasına icazə verilir.

Избранный
2
11
moderator.az

10Источники