RU

“Müasir rəqəmsal iqtisadiyyatda məlumat artıq ən vacib resurslardan birinə çevrilib Millət vəkili

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Müasir rəqəmsal iqtisadiyyatda məlumat (data) artıq ən vacib resurslardan birinə çevrilib. Qlobal data bazarı sürətlə böyüyür. 2024-cü ildə onun həcmi təxminən 130 milyard dollar qiymətləndirilirdi və növbəti beş ildə hər il orta hesabla 15 faizə yaxın artacağı gözlənilir. Bu artım təkcə rəqəmsal məlumatların çoxalması ilə deyil, həm də onların saxlanması, emalı və analizi üçün texnologiyaların inkişafı ilə bağlıdır”.

Bunu 525.az-a millət vəkili Tahir Mirkişili söyləyib.  Millət vəkili bildirib ki, məlumatlar qeyri-maddi aktivlərə daxildir. Bu kateqoriyaya elmi tədqiqatlar, texnologiyalar, brendlər, patentlər və proqram təminatı da aiddir. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 2026-cı ilin martında açıqladığı hesablamalara görə, son on ildə dünyadakı korporativ qeyri-maddi aktivlərin ümumi dəyəri qlobal ÜDM-in təxminən 67 faizinə çataraq 100 trilyon dollara yaxınlaşıb. 2008-ci ildən bəri qeyri-maddi aktivlərə investisiyalar maddi aktivlərdən 3,7 dəfə daha sürətlə artır:

“Bəzən datanı “yeni neft” də adlandırırlar. Amma iqtisadi əhəmiyyətinə baxmayaraq, onun necə aktiv kimi tanınacağı uzun müddət mübahisəli məsələ olub. Mövcud mühasibat sistemləri bunu tam şəkildə nəzərə almağa hazır deyil”.

Sevinc Qarayeva

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
525.az

1Источники