RU

Bu tarixdə Tbilisiyə qatarlar açılacaq - ADY məlumat yaydı

Azərbaycan Dəmir Yolları QSC Bakı-Tiflis-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının xidmətinin bərpası ilə bağlı məlumat yayıb.

ADY-dən Sitat.info-ya verilən məlumata görə, sərnişin qatarlarının fəaliyyəti 26 may 2026-cı il tarixindən bərpa olunacaq.

"Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış Birgə Kommunikeyə əsasən, 26 may 2026-cı il tarixindən etibarən Bakı–Tiflis–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq". - məlumatda qeyd olunur.

Qeyd edək ki, Bakı–Tiflis–Bakı sərnişin qatarının fəaliyyəti 2020-ci ilin mart ayında COVID-19 pandemiyası və xüsusi karantin rejimi ilə əlaqədar dayandırılıb.

Избранный
1
8
sitat.info

9Источники