RU

"Bu il Şuşanın Böyük qala və Kiçikqaladərəsi kəndlərinə köç olacaq" - Aydın Kərimov

Bu il Şuşanın Böyük qala və Kiçikqaladərəsi kəndlərinə köç olacaq.

Redaktor.az xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlaması zamanı deyib.

Xüsusi nümayəndə qeyd edib ki, Şuşanın Turşsu qəsəbəsində bu il bərpa və quruculuq işləri görüləcək: “Ümid edirik ki, gələn il bu qəsəbəyə köç olacaq. Həmçinin Daşaltı kəndi turizm kəndi kimi fəaliyyət göstərəcək, inşasına bu il başlanılacaq”.

Избранный
7
4
redaktor.az

10Источники