"Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Türkmənistan Prezidentinin yanında Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazovu ölkəmizdə qarşılamaqdan məmnun olduq.
Azərbaycan – Türkmənistan iqtisadi tərəfdaşlığının inkişafını, investisiya, nəqliyyat-logistika, tranzit daşımaları sahəsində əməkdaşlığın müsbət nəticələrini, ticarət, enerji və digər sahələrdə qarşılıqlı fəaliyyətin təşviqi məsələlərini müzakirə etdik”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.