"Şəhərsalma və memarlıq xalqımızın tarix boyu yaratdığı ən zəngin maddi-mədəni irs nümunələrindəndir. Qədim tariximizin əvəzsiz və təkrarsız inciləri sayılan mədəniyyət abidələri xalqımızın yüksək memarlıq zövqünü, sənətkarlıq bacarığını və milli-mənəvi dəyərlərini özündə əks etdirir. Bu abidələr keçmişimizin yadigarı, milli kimliyimizin və tariximizin canlı şahididir. Şəhərsalma və yüksək memarlıq nümunələri xalqımızın qədim dövrlərdən gələn istedadının, zəngin mədəniyyətinin və estetik dünyagörüşünün parlaq göstəricisidir. Tarix boyu yaradılmış möhtəşəm abidələrimiz xalqımızın yaradıcılıq gücünü və milli irsə bağlılığını nümayiş etdirir". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov deyib: "Prezident İlhamƏliyevin müvafiq sərəncamı ilə Azərbaycanda 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi dövlətimizin milli-mədəni irsə verdiyi yüksək dəyərin, keçmişə bağlılığının və gələcəyə yönəlmiş inkişaf siyasətinin bariz nümunəsidir. Bu qərar şəhərsalma və memarlıq sahəsinin daha da inkişaf etdirilməsinə, tarixi abidələrin qorunmasına və müasir memarlıq ənənələrinin zənginləşdirilməsinə geniş imkanlar yaradır.Bununla yanaşı, Azərbaycan paytaxtında XIII Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ölkəmiz üçün böyük strateji əhəmiyyət daşıyır. Bu mötəbər beynəlxalq tədbir Azərbaycanın şəhərsalma, davamlı inkişaf və müasir memarlıq sahəsində artan rolunu nümayiş etdirməklə yanaşı, ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.
Beləliklə, yenidən diqqətlər Azərbaycana yönəldi. Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) öz işinə başladı. Dünyanın 180 ölkəsindən 41 mindən çox iştirakçı bu mötəbər beynəlxalq tədbirə qatılaraq şəhərsalma, davamlı inkişaf, iqlim dəyişiklikləri, urbanizasiya və gələcəyin şəhərləri ilə bağlı aktual məsələləri qlobal müstəvidə müzakirə etdilər. "Milli Nazirlik Bəyanatları - Yeni Şəhərsalma Proqramının gedişatı" mövzusunda nazirlər səviyyəsində görüşdən sonra Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi qlobal gündəmin əsas müzakirə mövzularından birinə çevrildi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31