RU

Məşhur müğənni illərdir gizlətdiyi xəstəliyini AÇIQLADI

Türkiyəli məşhur pop ifaçısı İrem Derici qatıldığı YouTube proqramında illərdir gizli saxladığı ciddi sağlamlıq problemlərindən danışıb. Müğənni həm epileptik tutmalar keçirdiyini, həm də ona xroniki yuxusuzluq diaqnozu qoyulduğunu açıqlayıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, İrem Derici Sina Özerin rəqəmsal proqramında qonaq olarkən son aylarda həm fiziki, həm də psixoloji baxımdan çətin dövr keçirdiyini bildirib.

Məşhur sənətçi uzun müddətdir müxtəlif həkimlərə müraciət etdiyini və fərqli diaqnozlarla qarşılaşdığını deyib. Derici son olaraq psixiatr tərəfindən ona “xroniki yuxusuzluq” diaqnozu qoyulduğunu açıqlayıb.

“Mən artıq heç kimlə mübahisə etmək istəmirəm. Oktyabr ayından bəri ağlım gedib-gəlir. Bu gün psixiatrdan gəldim və yuxusuzluqdan əziyyət çəkdiyimi öyrəndim”, – deyə sənətçi bildirib.

İrem Derici günün 24 saatı oyaq qaldığını və buna görə sosial mediada daim aktiv olduğunu da etiraf edib. O, həkiminin ona nevroloji problem yaşadığını və bunun dərman vasitəsilə müalicə ediləcəyini dediyini bildirib.

Müğənni ilk dəfə 2017-ci ildən bəri epileptik tutmalar keçirdiyini də açıqlayıb. O, reper Sefo ilə duet hazırlayarkən studiyada ağır tutma keçirdiyini söyləyib.

 

Musavat.com 

Избранный
7
1
musavat.com

2Источники