RU

Qarabağın bərpa təcrübəsi WUF13 də postmünaqişə ölkələri üçün model kimi təqdim edilib

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri əsasında postmünaqişə ölkələri üçün nümunə ola biləcək model formalaşdırıb.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) “Həssas və münaqişədən zərər çəkmiş ərazilərdə şəhər həlləri vasitəsilə sülhə töhfə verən iqlim fəaliyyəti” adlı sessiyada Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparat rəhbərinin müavini Gülşən Rzayeva bildirib.

Onun sözlərinə görə, Azərbaycan şəhərsalma gündəliyini iqlim gündəliyi ilə birgə nəzərdən keçirir. “Urbanizasiya iqlimə təsir edir, iqlim dəyişikliyi isə şəhərlərə təsir göstərir. Buna görə də bu iki istiqamət bir-biri ilə sıx bağlıdır”, – Gülşən Rzayeva qeyd edib.

O deyib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa layihələri yalnız şəhər və kəndlərin yenidən qurulmasını deyil, həm də icmaların və insanların həyatının bərpasını hədəfləyir. Komitə rəsmisinin sözlərinə görə, bu layihələr insan mərkəzli şəhərsalma prinsipləri, əlçatanlıq, dayanıqlı infrastruktur və iqlim dəyişikliklərinə davamlılıq yanaşmalarına əsaslanır.

“İnanırıq ki, Azərbaycanın topladığı təcrübə münaqişədən çıxmış və yenidənqurma mərhələsində olan digər ölkələr üçün praktik model ola bilər”, – o vurğulayıb.

Gülşən Rzayeva əlavə edib ki, Azərbaycan tərəfindən təqdim olunan təşəbbüs belə ölkələrin şəhər inkişafını maliyyələşdirməsinə, investisiya cəlb etməsinə və dayanıqlı yaşayış məntəqələri qurmasına dəstək verməyi nəzərdə tutur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
2
apa.az

4Источники