RU

Britaniyada hakimiyyət uğrunda mübarizə: Starmer gedir, Farac gəlir

Böyük Britaniyanın Baş naziri Kir Starmer yaxın vaxtlarda istefa verə bilər.

Publika.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı hakim Leyborist Partiyasının ağır vəziyyəti və Naycel Faracın rəhbərlik etdiyi partiyanın sürətlə populyarlaşması fonunda yazıb.

Məlumata görə, Britaniya siyasi elitasını ən çox narahat edən məsələ növbəti parlament seçkilərindən sonra Faracın hakimiyyətə gəlməsi ehtimalıdır. Seçkilərin ən gec 2029-cu ildə keçirilməsi nəzərdə tutulur.

Son bələdiyyə seçkiləri isə Leyborist Partiyası üçün ciddi zərbə olub. Faracın partiyası 1444 yer qazandığı halda, hakim partiya 1406 mandat itirib. Leyboristlər ilk dəfə Uels parlamenti üzərində nəzarəti də itiriblər.

Bundan sonra partiya daxilində Starmeri əvəzləyə biləcək şəxslərlə bağlı mübarizə güclənib. Əsas namizədlərdən biri Böyük Mançester meri Endi Börnhem sayılır. O, partiyanın yenidən “işçi sinfi xəttinə” qayıtmasının vacibliyini vurğulayır.

Избранный
25
publika.az

1Источники