RU

Sanqare: “Bəzi oyunlarda bəxt bizdən yana olmadı”

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qəbələ” Misli Premyer Liqasının XXXII turunda “Karvan-Yevlax”a qalib gəlib – 2:1.

Bölgə təmsilçisinin hücumçusu İbrahim Sanqare matçdan sonra “Futbolpress.az“a fikirlərini bölüşdü:

“Nəticənin turnir cədvəli baxımından əhəmiyyəti olmasa da, vacib qələbə qazandıq. Geri düşsək də, xarakter göstərdik və üç xalı aktivimizə yazdırdıq. Bu qələbə pley-off öncəsi bizə daha inam verəcək”.

Sanqare komandanın çıxışını dəyərləndirdi:

“Mövsümün bəzi anlarında enişlərimiz oldu. Buna baxmayaraq, hər oyunda kifayət qədər yaxşı performans sərgilədik. Bəzi matçlarda bəxt bizdən yana olmadı. İndi qarşıda iki oyun var. Liqanı müsbət notlarla bitirib, pley-offa köklənəcəyik”.

“Qəbələ”nin elitada qalmaq uğrunda rəqibi I Liqadan ya “Səbail”, ya “Mingəçevir” olacaq. Dəqiq rəqibin adı bu komandaların duelindən sonra müəyyənləşəcək. Sanqare pley-offdakı komandalar haqqında danışdı:

“Bizim üçün rəqibim kimliyinin fərqi yoxdur. İstər “Səbail”, istərsə də “Mingəçevir” gəlsin, çətin oyun olacaq. Burda vacib amil psixoloji və fiziki hazırlıqdır. Düşünürəm ki, işimizin öhdəsindən gələ biləcəyik. Bunun üçün kifayət qədər potensialımız var”.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
futbolpress.az

1Источники