RU

Sərxoş qadın samuray qılıncı ilə dəhşət saçdı - ANBAAN VİDEO

Türkiyənin Aydın vilayətinin Efeler rayonunda samuray qılıncı ilə küçənin ortasında özünə xəsarət yetirən gənc qadın ətrafdakılara qorxulu anlar yaşadıb. Polis uzun sürən inandırma cəhdlərindən sonra qadını zərərsizləşdirərək xəstəxanaya aparıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Orta Məhəllədə yerləşən 213-cü küçədə baş verib.

İddiaya görə, əlində samuray qılıncı olan gənc qadın küçədə gəzərək özünə xəsarətlər yetirib.

Hadisəni görən vətəndaşlar dərhal 112 Təcili Yardım Mərkəzinə məlumat veriblər. Əraziyə çox sayda polis və təcili tibbi yardım briqadası cəlb olunub.

Polis əməkdaşları qadına dəfələrlə qılıncı yerə qoyaraq təslim olması barədə çağırış etsələr də, o, buna müqavimət göstərib. Uzun davam edən danışıqlardan nəticə alınmadıqda, hüquq-mühafizə orqanlarının əməkdaşları qadının diqqətinin yayındığı bir anda əməliyyat keçirərək qılıncı əlindən almağa nail olublar.

Özünə xəsarət yetirən qadına hadisə yerində ilkin tibbi yardım göstərilib. Sərxoş olduğu iddia edilən gənc qadın daha sonra xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Musavat.com

Избранный
34
musavat.com

1Источники