

Müəllif
İlhamə Vəliqızı
Müstəqilliyə gedən yol: Samsundan başlayan azadlıq məşəli, qurtuluşun ilk addımı 107 il əvvəl Samsunda atıldı.Ulusum.az xəbər verir ki, bu gün 19 may Böyük Öndər Qazi Mustafa Kamal Atatürkün vətəni xilas etmək üçün Samsuna gedərək Milli Mübarizəni başlatmasının 107- ci ilidir. Tarixi mənbələrə görə, 30 oktyabr 1918-ci ildə Mondros barışığının imzalanmasından sonra Osmanlı torpaqları işğal edilməyə başladı. İzmir yunanlar, Adana fransızlar, Antalya və Konya isə italyanlar tərəfindən zəbt olundu. Urfa, Maraş, Antep, Merzifon və Samsuna ingilis əsgərləri daxil oldu. İngiltərə donanması isə 13 noyabr 1918-ci ildə İstanbul sahillərində lövbər saldı.Vətəni qorumaq üçün illərini cəbhələrdə keçirən Mustafa Kamal, yurdun xilası üçün dərhal hərəkətə keçdi. Samsun və ətrafındakı rumlar, ingilislərin də dəstəyi ilə iğtişaşlar törədərək bölgəni tamamilə işğala açmaq istəyirdilər. "Bandırma" gəmisi ilə başlayan böyük səfər bölgədə asayişi təmin etmək üçün 9-cu ordu müfəttişi təyin olunan Mustafa Kamal, 16 may 1919-cu ildə "Bandırma" gəmisi ilə İstanbuldan yola düşdü. Mustafa Kamal və silahdaşları mayın 19-da Samsunda reji (tütün) iskələsinə ayaq basdılar. Onun gəlişi ingilislərdə təşviş yaratdığı üçün Mustafa Kamal Samsunda 6 gün qaldıqdan sonra mayın 25-də Havzaya keçdi. İlk etiraz mitinqi və Anadolunun oyanışı müstəqilliyə gedən yolda ikinci dayanacaq olan Havzada Paşanın göstərişi ilə ilk mitinq təşkil edildi və İzmirin işğalı etirazla qarşılandı. Havzadakı bu fəallıqdan narahat olan ingilislərin təzyiqi ilə vəzifəsindən azad edilən Mustafa Kamal, mübarizəsini mülki şəxs kimi davam etdirdi.Samsunda yandırılan müstəqillik məşəli sırası ilə Amasya, Ərzurum və Sivasda da alovlanaraq bütün Anadoluya yayıldı. Bu böyük mübarizənin yekununda, 29 oktyabr 1923-cü ildə qurulan Türkiyə Cümhuriyyəti bu il 103-cü yaşını qeyd edir. Niyə məhz "Xilas edən şəhər" çünki, Samsunun milli mübarizədəki ən böyük rolu, Anadolu mərkəzli bir azadlıq hərəkatı ideyasının reallaşa biləcəyinə dair Mustafa Kamal Paşanı inandırması idi. Məhz bu səbəbdən Samsun "xilas edən şəhər" adına tamamilə layiqdir.
Diqqət Çəkənlər
Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilib Prezident İlham Əliyev çıxış edib
Anar Quliyev: Azərbaycan üçün WUF13-ün təşkili böyük şərəf və məsuliyyətdir