RU

Şuşa və Trabzon qardaşlaşdı - YENİLƏNİB

Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dair sənəd imzalanıb.
 
Moderator.az xəbər verir ki, anlaşma memorandumunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Əhməd Metin Gənc imzalayıblar.
 
Saziş çərçivəsində tərəflər mədəniyyət, turizm, şəhər planlaşdırılması, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
 
Qeyd edək ki, Sənəd Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan “Əlaqələndirmənin mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə imzalanıb.
12:28
 
"Hazırda Şuşada daha 3 yaşayış kompleksinin inşası üzrə işlər aparılır, ümumilikdə 43 binadan ibarətdir. Bu binalar 5 mərtəbədən yüksək deyil”.
 
Moderator.az xəbər verir ki, bunu Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə deyib.
 
O bildirib ki, bu şəhərin görüntüsünə xələl gətirməmək məqsədi güdür: “Hazırda isə 450 mənzildən ibarət 23 yaşayış kompleksində 377 ailə 1411 nəfər sakin yaşayır”.
 
Xüsusi nümayəndə diqqətə çatdırıb ki, Xankəndi ilə Şuşa arasında kanat yolunun inşası nəzərdə tutulur və artıq layihələndirmə işləri gedir: “Səfər 12 dəqiqədən çox olmayacaq. Bu hər iki şəhərin turizm potensialıma mühüm töhfə verəcək. Şuşa turizm və mədəniyyət paytaxtı kimi bir çox yerli və beynəlxalq tədbirlərə ev sahibliyi də edir. Şuşa bu gün 9 şəhərlə qardaşlaşıb. Bu gün bizim qardaş Türkiyənin Trabzon şəhəri ilə də qardaşlaşma memorandumu imzalanacaq, beləliklə qardaşlaşmış şəhərlərin sayı 10-a çatacaq”.
 
Избранный
11
12
moderator.az

10Источники