RU

“İqlim maliyyəsi postmünaqişə bərpası üçün daha əlçatan olmalıdır” XİN nümayəndəsi

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

Yaşıl İqlim Fondu (GCF) dəstəyi ilə həyata keçirilən təşəbbüslərin məqsədinin mövcud təcrübələri bir araya gətirmək olduğu bildirilib.

SİA xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov WUF13 çərçivəsində keçirilən “Münaqişə və həssas bölgələrdə şəhər həlləri vasitəsilə sülhə yönəlik iqlim fəaliyyəti” adlı tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, əsas məsələ hazırlanacaq rəhbər prinsiplərin beynəlxalq maliyyə institutlarına konkret çağırışlarla müşayiət olunmasıdır.

Diplomatın sözlərinə görə, iqlim maliyyəsi, inkişaf fondları və bərpa layihələri üçün resursların əlçatanlığı artırılmalı, bürokratik prosedurlar sadələşdirilməlidir.

Elşad İskəndərov vurğulayıb ki, iqlim dəyişiklikləri, postmünaqişə bərpası, qaçqınların təhlükəsiz qayıdışı və dayanıqlı urbanizasiya kimi əsas çağırışlar nəzərə alınmalıdır.

O əlavə edib ki, COP29 irs komandası bu təşəbbüsü gələcək beynəlxalq platformalarda da dəstəkləməyə davam edəcək və məqsəd gələcək COP-larda tam formalaşmış konseptual modelin təqdim edilməsidir.

Diplomat bildirib ki, növbəti mərhələdə yalnız problemlər deyil, həm də uğurlu nəticələr və praktik tətbiq nümunələri müzakirə olunmalıdır.

Sonda o qeyd edib ki, Yaşıl İqlim Fondu və Qambiyanın postmünaqişə və həssas regionlarda yenidənqurma təcrübələri digər ölkələr üçün nümunə kimi təqdim edilməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
1
sia.az

2Источники