Bakı, 19 may, AZƏRTAC
Şuşa şəhərində üç yeni yaşayış kompleksinin inşası həyata keçirilir. Komplekslərin təməli Prezident İlham Əliyev tərəfindən qoyulub. Ümumilikdə 43 binadan və 900-ə yaxın mənzildən ibarət olacaq yaşayış komplekslərinin gələn ilin birinci və ikinci rüblərində istismara verilməsi nəzərdə tutulur.
Bu sözləri WUF13-də AZƏRTAC-a açıqlamasında Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov söyləyib.
“Bununla da gələn il də əhalinin Şuşaya köçürülməsi davam edəcək”, - deyən A.Kərimov əlavə edib ki, şəhərdə sosial infrastruktur layihələrinin icrası da həyata keçirilir.
Müxbir - Fidan Əlizadə
Fotoqraf - Elşad Mirzə
Videoperator - Şövqi Əzizov