RU

Şuşa və Trabzon şəhərləri qardaşlaşdı – Fotolar


Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dair sənəd imzalanıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, anlaşma memorandumunu Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Əhməd Metin Gənc imzalayıblar.
Saziş çərçivəsində tərəflər mədəniyyət, turizm, şəhər planlaşdırılması, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
Qeyd edək ki, sənəd Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan “Əlaqələndirmənin mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda tədbirdə imzalanıb.

Избранный
14
12
yeniavaz.com

10Источники