RU

"Şimal ilə Cənubun kəsişməsində yerləşən Azərbaycan coğrafi mövqeyini strateji üstünlüyə çevirə bilib"

iki il əvvəl COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan urbanizasiya və şəhərləri qlobal iqlim gündəliyinin mərkəzinə yerləşdirdi. Biz anlayırıq ki, şəhərlər qlobal emissiyalara ciddi təsir göstərsə də, eyni zamanda, innovasiya, dayanıqlılıq və iqlim böhranına qarşı həllərin əsas mənbələrindən biridir.

Redaktor.az xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq: şəhərlərin yenidən qurulması şəhərləri regional əlaqə və ortaq rifahın mühərriklərinə necə çevirə bilər?” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Şərq ilə Qərbin, Şimal ilə Cənubun kəsişməsində yerləşən Azərbaycan coğrafi mövqeyini strateji üstünlüyə çevirə bilib.

“Biz öz rolumuzu artıq yalnız tranzit ölkə kimi deyil, regional inteqrasiya, dayanıqlı şəhər inkişafı və regionlararası əməkdaşlıq mərkəzi kimi görürük”, – deyə o bildirib.

Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanın təcrübəsi nəqliyyat bağlantıları ilə şəhərsalma proseslərinin bir-biri ilə sıx bağlı olduğunu göstərir.

“Müasir nəqliyyat dəhlizləri məskunlaşma modellərinə, sənaye inkişafına və iqtisadi fəallığa birbaşa təsir göstərir”, – deyə nazir diqqətə çatdırıb.

Избранный
21
3
redaktor.az

5Источники