RU

Nazir müavini: Azərbaycan zəngin şəhərsalma və memarlıq ənənələrinə malikdir

Bakı, 19 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycanın dayanıqlı şəhər inkişafı sahəsində artan beynəlxalq rolunun aydın göstəricisidir. Azərbaycan zəngin şəhərsalma və memarlıq ənənələrinə malikdir.

AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova WUF13 çərçivəsində keçirilən "UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsi və dayanıqlı şəhər inkişafı” adlı panel sessiyada söyləyib.

O deyib ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş abidələr-Bakının İçərişəhəri, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi, həmçinin Şəkinin tarixi mərkəzi və Xan Sarayı ölkənin zəngin mədəni irsini əks etdirir. Müasir dövrdə isə Heydər Əliyev Mərkəzi, Alov Qüllələri və “Ağ Şəhər” layihəsi Azərbaycanın innovasiya və dayanıqlı inkişaf baxışını nümayiş etdirir.

Müxbir - Gülay Nəzərova

 

Избранный
41
azertag.az

1Источники