RU

"Azərbaycanda beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib" -

“Biz açıq müzakirələrə, təcrübə mübadiləsinə və bir-birimizdən öyrənməyə hazırıq. Azərbaycan bu gün dünya urbanizasiya gündəliyinin formalaşdığı məkanlardan biridir”.Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının Xarici Siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Dünya Şəhər Forumunun (WUF13) üçüncü günündə jurnalistlərin suallarını cavablandırarkən verib. Onun sözlərinə görə, Azərbaycanda beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib və COP29-dan sonra ölkə növbəti böyük qlobal tədbirlərə ev sahibliyi edir. “Azərbaycan BMT ailəsini və 100-dən çox ölkəni bir araya gətirərək mühüm beynəlxalq platforma yaradır. Bu gün dünyada bu miqyasda tədbirlərin keçirilməsi üçün o qədər də çox ölkə yoxdur,” – deyə o bildirib. Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan həm tarixi, həm orta əsrlər, həm də müasir dövr şəhərsalma mədəniyyətini beynəlxalq ictimaiyyətlə bölüşür və eyni zamanda qlobal təcrübədən faydalanır: “Biz açıq müzakirələrə, təcrübə mübadiləsinə və bir-birimizdən öyrənməyə hazırıq. Azərbaycan bu gün dünya urbanizasiya gündəliyinin formalaşdığı məkanlardan biridir,” - o vurğulayıb.

Gülbeniz Hüseynli / Metbuat.az

Избранный
35
metbuat.az

1Источники