RU

BMU tələbəsi FPV Drone Azərbaycan turnirində gümüş medal qazanıb

Bakı Mühəndislik Universitetinin (BMU) “Kompüter elmləri” ixtisası üzrə I kurs tələbəsi Ömər Davudov “First Person View (FPV) Drone Azərbaycan” Respublika turnirində uğurlu çıxışı ilə fərqlənib.

AzEdu.az xəbər verir ki, Elm və Təhsil, həmçinin Gənclər və İdman nazirliklərinin dəstəyi və STEAM Azərbaycan layihəsinin təşkilatçılığı ilə keçirilən yarışda ölkənin müxtəlif regionlarından 40 iştirakçı mübarizə aparıb.

BMU tələbəsi turnirin ən gərgin və rəqabətli fərdi yarış kateqoriyasında yüksək pilotaj bacarığı nümayiş etdirərək respublika ikincisi olub və gümüş medala layiq görülüb.

“SkyMath” adı ilə fərdi iştirak edən Ömər Davudov FPV eynəkləri və məsafədən idarəetmə pultu vasitəsilə mürəkkəb maneələr zolağını minimal vaxt fərqi və yüksək dəqiqliklə tamamlayıb. Onun mühəndislik düşüncəsi, sürətli reaksiyası və innovativ texnologiyalar sahəsində nümayiş etdirdiyi bacarıq münsiflər heyəti və tamaşaçılar tərəfindən maraqla qarşılanıb. 

Ömər Davudov BMU Texnoparkındakı layihələrin aktiv iştirakçısıdır, mentorluq sessiyalarında fəallığı ilə seçilir.

Mükafatlandırma mərasimində BMU tələbəsinə gümüş medal Gənclər və İdman Nazirliyi və STEAM Azərbaycan layihəsinin nümayəndələri tərəfindən təqdim olunub. 

Избранный
14
2
azedu.az

3Источники