RU

Maymuna Mohd Şarif: QHT-lər qərarvermədə əsas körpü rolunu oynayır

Vətəndaş cəmiyyəti qərarvermədə əsas körpü rolunu oynayır.

APA xəbər verir ki, bunu Malayziyanın hökumətinin dayanıqlı şəhərsalma üzrə müşaviri Maymuna Mohd Şarif Azərbaycanın təşəbbüsü ilə WUF tarixində ilk dəfə keçirilən “WUF13 NGO Forum”un açılış mərasimində deyib.

O bildirib ki, müasir dövrdə qərarların necə qəbul edilməsi birbaşa əməkdaşlıq və tərəfdaşlıq mexanizmlərindən asılıdır: “Biz burada sadəcə şüar deyil, bir liderlik sınağı ilə üz-üzəyik”.

Müşavir vurğulayıb ki, şəhərlərin sürətlə böyüməsi fonunda mənzil, bərabərsizlik və iqlim dayanıqlılığı kimi problemlər artıq abstrakt deyil, insanların gündəlik həyatına birbaşa təsir göstərir.

O qeyd edib ki, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti bu prosesdə yalnız iştirakçı deyil, həm də insanlar, siyasət və praktik həllər arasında əsas əlaqələndirici qüvvədir: “Siz sadəcə iştirakçı deyilsiniz, siz insanlar, siyasət və praktika arasında əlaqə yaradan əsas körpüsünüz”.

Maymuna Mohd Şarifin sözlərinə görə, real təcrübələr göstərir ki, şəhər transformasiyası yalnız institutlar tərəfindən deyil, müxtəlif tərəflərin bir araya gəlməsi ilə mümkündür: “Bu baxımdan QHT-lər cəmiyyətə yaxınlıq, etimad və real vəziyyəti daha dərindən anlama imkanı yaradır. Vətəndaş cəmiyyəti hökumətləri, beynəlxalq təşkilatları, özəl sektoru və yerli icmaları birləşdirən əsas bağlayıcı qüvvə rolunu oynayır və qlobal tərəfdaşlığın effektivliyini artırır”.

Избранный
9
apa.az

1Источники