RU

Rəşad Xanlarova vəzifə verildi

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində təhsil məsələləri üzrə müşavir təyin olunub.

Publika.az APA-ya istinadla xəbər verir ki, sözügedən vəzifə Rəşad Xanlarova həvalə edilib.

Qeyd edək ki, Rəşad Xanlarov bu təyinata qədər Elm və Təhsil Nazirliyində Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdiri, müxtəlif beynəlxalq şirkətlərdə rəhbər vəzifələrdə, eləcə də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru kimi fəaliyyət göstərib.

Избранный
2
8
publika.az

10Источники