RU

Aygün Əliyeva: WUF tarixində ilk dəfə QHT Forumunun rəsmi proqrama daxil edilməsi vətəndaş cəmiyyətinin artan rolunu göstərir

Dünya Şəhərsalma Forumu tarixində ilk dəfə olaraq QHT Forumunun rəsmi proqramın tərkib hissəsi olması vətəndaş cəmiyyətinin qlobal inkişaf proseslərində artan rolunun göstəricisidir.

APA xəbər verir ki, bunu QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva Azərbaycanın təşəbbüsü ilə WUF tarixində ilk dəfə keçirilən “WUF13 NGO Forum”unda etdiyi çıxışında deyib.

“Bu, yalnız simvolik tədbir deyil, beynəlxalq səviyyədə artıq qəbul edilmiş mühüm reallığın təsdiqidir. Dayanıqlı inkişaf və şəhərsalma vətəndaş cəmiyyətinin iştirakı və tərəfdaşlığı olmadan uğur qazana bilməz”, - o vurğulayıb.

Əliyeva qeyd edib ki, son illərdə Azərbaycan vətəndaş cəmiyyəti sahəsində beynəlxalq təşəbbüslər və həmrəylik platformaları üçün mühüm mərkəzə çevrilib. Bildirilib ki, 2025-ci ildə Qlobal Cənub platformasının təsis konfransı keçirilib, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Asiya-Sakit Okean platforması yaradılıb və yaxın günlərdə Bakı Urban Week çərçivəsində Qlobal Cənub Asiya Platformasının Baş Assambleyası baş tutub.

Natiqin sözlərinə görə, bu proseslər Azərbaycanın beynəlxalq vətəndaş cəmiyyəti dialoqu üçün strateji platformaya çevrildiyini göstərir:

“Azərbaycan yalnız beynəlxalq tədbirlərə ev sahibliyi etmir, eyni zamanda müxtəlif regionların vətəndaş cəmiyyəti nümayəndələrini dialoq, əməkdaşlıq və həmrəylik naminə bir araya gətirən mühüm beynəlxalq platformaya çevrilir”.

Bildirilib ki, iqlim dəyişikliyi, sosial bərabərsizlik, miqrasiya və humanitar böhranlar fonunda şəhərlərin gələcəyi yalnız beton və infrastruktur üzərində qurula bilməz:

“Şəhərlərin vizyonu yalnız beton və infrastruktur üzərində qurulmamalıdır. Bu vizyon ictimai etimad, vətəndaş iştirakı və həmrəylik üzərində formalaşmalıdır”.

Избранный
25
1
apa.az

2Источники