RU

İran ordusu yeni hücum təhlükəsi barədə xəbərdarlıq etdi

BAKI, 19 may. TELEQRAF

“ABŞ və İsrail hücumlarını davam etdirərsə, İran onlara qarşı yeni cəbhələr açmağa, eləcə də yeni döyüş metodlarına əl atmağa hazırdır”.

Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin sözçüsü Məhəmməd Əkrəminiya deyib.

“Əgər düşmən ölkəmizə yenidən hücum edərsə, biz yeni alətlər və mübarizə metodlarından istifadə edərək onlara qarşı yeni cəbhələr açacağıq”, - ordu rəsmisi bildirib.

Избранный
14
teleqraf.com

1Источники