RU

Niyə məndən qabaqda gedirsən deyib küçədə döydü Keşlədəki hadisənin detalları

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Bakının Nizami rayonunda 41 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayon ərazisində küçədə baş verib. 1985-ci il təvəllüdlü Sabirabad rayon sakini Rəvan həmin gün gecə saat 00:20-də birgə yaşadıqları evin yaxınlığında qeyri-rəsmi münasibətdə olduğu Kəmalə (adlar şərtidir – red.) ilə mübahisə edib. Buna səbəb Rəvanın Kəmalə ilə bir yerdə piyada hərəkətdə olan zaman onun qadına irəlidə getməsini irad bildirməsi üstündə yaranıb. Bu məsələ ilə əlaqədar aralarında baş vermiş mübahisə zamanı Kəmalənin onu nalayiq ifadələrlə təhqir etməsi səbəbindən qəsdən onun sifət nahiyəsinə əli ilə vurub, ona xəsarətlər yetirib. Faktla bağlı Rəvanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən təqsirləndirilən şəxs özünü təqsirli bilib və bildirib ki, aralarında yaranmış mübahisə zamanı Kəmaləni vurub. O, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxs ilə barışdığını deyib. 

Zərərçəkmiş şəxs isə ifadəsində göstərib ki, təqsirləndirilən şəxs ilə barışıb, ona dəymiş ziyan tam ödənilib, ona qarşı heç bir şikayəti yoxdur. İşi araşdıran hakim onların barışmasını nəzərə alıb. Bu səbəbdən də təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib, o, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
demokrat.az

1Источники