RU

Ukraynaya ötürülən silahların oğurlanması ilə bağlı bizdə sübut yoxdur - Pentaqon

“Pentaqonun əlində Ukraynaya ötürülən silahların oğurlandığını göstərən etibarlı faktlar yoxdur”.

Herbiand.az-ın UNIAN-a istinadən bildirdiyinə görə, Pentaqonun nümayəndəsi general Patrik Rayder brifinqdə bu haqda bildirərək deyib ki, Ukraynadakı Amerika silahlarının “yanlış əllərə keçməsi” barədə heç bir etibarlı sübut yoxdur.

O, ABŞ Müdafiə Nazirliyinin baş müfəttişinin ABŞ-ın Ukraynaya verdiyi və lazımi qaydada hesaba alınmayan təxminən 40 min ədəd silah haqqında hesabatını belə şərh edib.

Pentaqon rəsmisi qeyd edib ki, Ukrayna hesabatın lazım olduğunu başa düşərək amerikalı tərəfdaşlarına ona ötürülən silahların uçotu və inventarlaşdırılması üçün məlumatlara “görünməmiş çıxış” verib.

General silah satışı və ya digər yanlış istifadə halları ilə bağlı məlumatları Rusiyanın dezinformasiyası adlandırıb: “Biz ukraynalıların bunları döyüş meydanında necə istifadə etdiyini görürük. Biz görürük ki, onlar təqdim olunan texnikadan effektiv istifadə edirlər”.

Bəxtiyar CƏFƏRLİ

Избранный
319
1
herbiand.az

2Источники