RU

Bakı meri: “Paytaxtda islahatlar aparılmalıdır”

WUF13-də “Münasib Mənzil və Dayanıqlı İcmalar üçün Yerli Fəaliyyətin Gücləndirilməsi: Davamlı Gələcək naminə Çoxsəviyyəli İdarəetmənin Möhkəmləndirilməsi” mövzusunda yerli və regional hökumətlərin dəyirmi masası təşkil olunub.

Musavat.com xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iki gün öncə yağan yağış barədə danışıb.

O bildirib ki, islahat aparılmalıdır:

“Kanalizasiya sistemi ilə bağlı işlər görüləcək. Bu cür görüşlər səmərəli çıxış yollarının tapılması üçün önəmlidir. Bakının Baş planına əsasən quruculuq işləri davam etdirilir. Bakıya 180 milyard dollar investisiya qoyulub. Bakı bu gün təhlükəsiz və dinamik inkişaf edən şəhərlərdən biridir”.

Nigar Həsənli
Musavat.com

Избранный
1
musavat.com

1Источники