RU

Pakistanlı nazir: Bütün texnoloji inqilabların əsasında elektrikləşdirmə dayanır

Enerji mobilliyimizin, yaşayış vasitələrimizin və ən əsası isə mədəniyyətimizin təməlindədir.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində təşkil olunan " D-8 Yüksək Səviyyəli Enerji və Şəhər Dialoqu" mövzusunda keçirilən tədbir zamanı Pakistanın İqlim Dəyişikliyi və Ətraf Mühitin Koordinasiyası üzrə federal naziri Musadiq Məsud Malik bildirib.

"Nanotexnologiya inqilabı var. Biotexnologiya inqilabı var. Süni intellekt adlandırdığımız koqnitiv inqilab var. Və daha bir inqilab mövcuddur — hamımızı birləşdirən ümumi bağlantı inqilabı, yəni hər yerdə mövcud olan bulud texnologiyası: zənginlərlə kasıbları, şimalla cənubu, kəndlərlə şəhərləri bir-birinə bağlayan sistem. Hamımız bir-birimizə bağlıyıq", - nazir qeyd edib.

Onun sözlərinə görə, lakin bütün qeyd olunan inqilabların arxasında daha böyük bir inqilab dayanır - bu da elektrikləşdirmə inqilabıdır:

"Çünki hazırda elektrik enerjisi iqtisadi artımının əsasını təşkil edir".

Избранный
28
1
apa.az

2Источники