RU

Göyçayda qanunsuz sex fəaliyyəti ilə bağlı iddialar əsassız çıxdı-VİDEO+FOTİ

Göyçayda yeşik sexlərin qanunsuz fəaliyyəti ilə bağlı yayılan məlumatların əsassız olduğu bildirilir. Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşları ərazidə araşdırmalar aparıb, monitorinqlər həyata keçiriblər.

Ekologiya.az - ın araşdırmalar zamanı məlum olub ki, qanunsuz fəaliyyət göstərən sexlərlə bağlı müvafiq tədbirlər görülüb.Ekologiya az-ın əməkdaşlarının  sex sahibləri ilə apardığı söhbətlər zamanı bildirilib ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşları tərəfindən obyektlər cərimə olunub və fəaliyyətləri dayandırılıb.

Müşahidələr zamanı da sexlərin fəaliyyət göstərmədiyi müəyyən edilib. Sex sahibləri qeyd ediblər ki, fəaliyyətlərinə nəzarət olunur və hazırda həmin obyektlərin işləməsinə icazə verilmir.


Избранный
12
ekologiya.az

1Источники