RU

Sahibə Qafarova: Azərbaycan Belarus münasibətləri bütün istiqamətlər üzrə sürətlə inkişaf edir

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Azərbaycan və Belarus arasında münasibətlər bütün istiqamətlər üzrə sürətlə inkişaf edir.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, Belarus parlamentinin Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Azərbaycanda sadəcə, rəsmi səfərdə deyil:

"O, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Belarus üzrə nümayəndəsidir. Azərbaycan və Belarus arasında münasibətlər bütün istiqamətlər üzrə inkişaf edir. İki ölkənin dövlət başçıları arasındakı dostluq münasibətlərini xüsusi vurğulamaq lazımdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
7
bakivaxti.az

8Источники