RU

Kaspiyskdə güləşçilərimizdən iki medal

Həftəsonu Rusiyanın Kaspiysk şəhərində sərbəst güləş üzrə Əli Əliyev adına ənənəvi beynəlxalq turnir keçirilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası (AGF) məlumat yayıb.

Bildirilib ki, yarışda millimizin üzvləri də iştirak ediblər. Güləşçilərimizdən Ruslan Abdullayev (65 kq) və Abubakr Abakarov (92 kq) uğurlu çıxış edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.

Hər iki idmançı turniri bürünc medalla başa vurub.

Избранный
16
3
football-plus.az

5Источники