RU

Yuventus iki futbolçusuna pul cəzası verib

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

​"Yuventus" klubunun daxilində Duşan Vlahoviç və Manuel Lokatelli arasında yaşanan gərginlik klub rəhbərliyini hərəkətə keçirib. "Fiorentina" ilə matçda iki ulduz futbolçu arasında baş verən mübahisə rəsmi cəza ilə nəticələnib.

Sport24.az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisinin rəhbərliyi meydandakı xoşagəlməz görüntülərə sərt reaksiya verib.

Mənbənin sözlərinə, matç zamanı futbolçuların bir-biri ilə kəskin şəkildə mübahisə etməsi və aqressiv davranışları idarə heyətinin və baş məşqçinin diqqətindən qaçmayıb. Vəziyyəti dərhal müzakirə edən "Yuventus" rəhbərliyi, komanda daxili intizamı qorumaq məqsədilə hər iki oyunçuya pul cəriməsi tətbiq olunması barədə qərar qəbul edib.

Qeyd edək ki, klub rəhbərliyi futbolçulara xəbərdarlıq edərək, analoji halların təkrarlanmamasını və hər iki oyunçudan bundan sonra daha peşəkar davranmasını tələb edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
sport24.az

1Источники