RU

“Miqrasiya Məktəbi - 8” layihəsi çərçivəsində təlimlər davam etdirilir

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Gənclərə miqrasiya sahəsində nəzəri və praktiki biliklər qazandırmaq məqsədilə təşkil edilən “Miqrasiya Məktəbi – 8” layihəsi çərçivəsində növbəti təlimlər təşkil edilib.

XQ xəbər verir ki, təlimlər Dövlət Miqrasiya Xidmətinin, Daxili İşlər Nazirliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Turizm və Menecment Universitetinin və “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin nümayəndələri tərəfindən keçirilib.

İnteraktiv şəkildə təşkil olunan təlimlər “Ulu Öndər Heydər Əliyev və uğurlu miqrasiya siyasəti”, “Azərbaycan Respublikasında məcburi köçkünlərin hüquqlarının qorunması və qanuni mənafelərinin təmin edilməsi”, “Dünyada Azərbaycan diasporu”, “Azərbaycanda turizmin inkişafı və perspektivləri”, “İnsan alverinə qarşı mübarizə”, “Təşkilati liderlik”, “Azərbaycanda əcnəbilər üçün təhsil imkanları. Azərbaycanlı tələbələrin xaricdə təhsil imkanları” və “Miqrantların əmək hüquqları və onların müdafiəsi” mövzularına həsr olunub.

Избранный
3
1
xalqqazeti.az

2Источники