RU

Tokayev: “Qızıl Ordanın tarixinə yenidən baxaq”

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Qızıl Orda tarixi çox vaxt həddindən artıq sadələşdirildiyi üçün barəsində yenidən düşünülməyə layiqdir”. 

“Cebheinfo.az” xəbər verir ki, bu fikri Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Astanada Qızıl Orda tarixi və mədəniyyətinə həsr olunmuş beynəlxalq simpoziumda çıxış edərkən bildirib.

Tokayevin sözlərinə görə, Böyük Çölün tarixi çox vaxt reallığı təhrif edən "sonsuz döyüş və münaqişələr seriyasına" endirilir:

“Bu birölçülü yanaşma tarixi reallığı əhəmiyyətli dərəcədə sadələşdirir və təhrif edir, Böyük Çölün, xüsusən də Qızıl Ordanın mürəkkəb, çoxqatlı mövcudluğunu bayağı hərbi salnaməyə qədər sıxışdırır. 

Məncə, Qızıl Orda tarixinin müsbət yöndə yenidən düşünülməsinə kömək edəcək elmi tədqiqatlara ehtiyac var” 

O əlavə edib ki, Böyük Çöl xalqlarının mədəniyyətinə təsir edən mütəfəkkirlərin intellektual irsinin və əsərlərinin öyrənilməsi bu prosesdə mühüm rol oynayacaq.

Daha əvvəl Qazaxıstan Milli Bankının Qızıl Ordanın şərəfinə kolleksiya sikkəsi buraxacağı bildirilmişdi. Onun zərb olunma tirajı 1000 ədədlə məhdudlaşdırılmışdı.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
37
1
cebheinfo.az

2Источники