RU

ABŞ İrana gözlənilməz zərbə endirməyi planlaşdırır - SƏBƏB

"Amerika Birləşmiş Ştatları ilə İran arasında danışıqlar davam edir. ABŞ Prezidenti Donald Tramp bu danışıqları daha 2-3 gün uzatmaq qərarına gəlib və bildirir ki, müttəfiqlər bunu xahiş edib. Qarşılıqlı tələblər isə göstərir ki, nə İran öz mövqeyindən geri çəkilə biləcək, nə dəABŞ-nin planlaşdırdığı zərbələrdən imtina etmək imkanı yaranacaq. Hər iki tərəf öz tələblərinin girovuna çevrilib, xüsusilə İran".

Bu fikirləri Redaktor.az-a ABŞ-İran münasibətləri ilə bağlı hazırkı vəziyyətdən danışan politoloq Abutalıb Səmədov bildirdi. Onun sözlərinə görə, İran reallıqdan uzaq şərtlər irəli sürür və danışıqlar prosesində həmin şərtləri saxlamaq məcburiyyətində qalır:

"Donald Tramp elan edib ki, mayın 19-na planlaşdırılan zərbələr vurulmayacaq. Mən hesab edirəm ki, Amerika Birləşmiş Ştatları uzun müddət gözləməyəcək. Ayın sonuna qədər İrana zərbələr endiriləcək. Sadəcə olaraq Tramp gözlənilməzlik effektindən istifadə etmək istəyir. İran əvvəlcədən vaxtı bildikdə canlı qalxan yaradır və insanları bombalanması planlaşdırılan obyektlərin ətrafına toplayır. İnsanların həyatı bu şəkildə təhlükə altına düşür. Bu səbəbdən Amerika Birləşmiş Ştatları gözlənilməz zərbə endirməyi planlaşdırır və çox güman ki, yaxın bir həftə ərzində bu zərbələr həyata keçiriləcək. Danışıqlarda irəliləyiş mümkündürmü? Qarşılıqlı tələblər bir-birindən o qədər uzaqdır ki, bunu ehtimal etmək çətindir. Bu cür şərtlərlə ortaq məxrəcə gəlmək olduqca mürəkkəb görünür. Bu vəziyyətdə İran güzəşt mövqeyində dayanmalıdır. Çünki ABŞ-nin tətbiq etdiyi blokada İranın ağır iqtisadi vəziyyətini daha da çətinləşdirib. İran hələlik geri çəkilmək istəmir və hərbi ritorika davam edir. Mən hesab edirəm ki, ya İran mövqeyini dəyişərək güzəştlərə gedəcək, ya da yaxın bir həftə ərzində ABŞ İrana aviazərbələr endirəcək və əvvəlcədən elan etdiyi obyektləri, o cümlədən elektrik stansiyalarını və körpüləri hədəfə alacaq".

NURİYYƏ

Избранный
23
redaktor.az

1Источники