RU

WUF13-ün Azərbaycanda keçirilməsi diplomatik qələbədir -Fariz İsmayılzadə

BMT-nin şəhərsalma sahəsinə həsr olunmuş ən mühüm platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumu "WUF13) xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda keçirilən bu mötəbər tədbir də həm region, həm də qlobal səviyyədə mühüm müzakirə platforması kimi qiymətləndirilir. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirdi ki, Ümumdünya Şəhərsalma Forumunun (WUF) Azərbaycanda mükəmməl şəkildə keçirilməsi ölkəmiz üçün diplomatik qələbədir:

"Çünki forumda 190 ölkənin nümayəndələri iştirak edir, onlar Azərbaycanla yaxından tanış olurlar. Digər tərəfdən, Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın şəhərsalma təcrübəsini dünya ilə bölüşmək imkanı yaradır. Xüsusilə də azad olunmuş ərazilərdə həyata keçirilən layihələr bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda tarixi şəhərlərimizdə görülən işlər də xüsusi diqqət çəkir. Prezidentin qeyd etdiyi kimi, Naxçıvan, Bakı, Gəncə, Şamaxı, Qəbələ və Şəkidə tarixi irsin qorunması istiqamətində mühüm addımlar atılıb. Məqsəd yalnız tarixi abidələrin bərpası deyil, eyni zamanda həmin şəhərlərin tarixi simasının qorunması və müasir şəhərsalma ilə tarixi irs arasında balansın təmin edilməsidir. Bu yanaşma Azərbaycanın həm öz milli-mədəni dəyərlərinə verdiyi önəmi göstərir, həm də dünya üçün nümunəvi şəhərsalma modelinin formalaşmasına xidmət edir".

Xədicə BAXIŞLI

Избранный
35
1
redaktor.az

2Источники