Donald Tramp Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı birgə mübarizə aparmaq üçün gücləri birləşdirməyi təklif edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Nəşrin yaydığı məlumatda qeyd olunur ki, sözügedən təklif ikitərəfli görüş zamanı səsləndirilib:
"Görüş zamanı Tramp ABŞ, Çin və Rusiyanın maraqlarının üst-üstə düşdüyünü bildirərək, Beynəlxalq Cinayət Məhkəməsinə qarşı mübarizədə səyləri birləşdirməyi təklif edib".
Qeyd edək ki, hər üç dövlət — ABŞ, Rusiya və Çin Beynəlxalq Cinayət Məhkəməsinin əsasını qoyan Roma Statutunun iştirakçısı deyillər və rəsmi olaraq bu məhkəmənin yurisdiksiyasını tanımırlar.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта